Şərqi Afrika ölkəsi Keniya ilk dəfə xam neft ixrac etməyə başlayıb.
“Seanews.az” xəbər verir ki, ilk daşınmanın həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbirə Keniyanın dövlət başçısı Uhuru Keniata da qatılıb. O bildirib ki, həyata keçirilən xam neft ixracı ölkənin gələcəyi üçün davamlı və gəlirli bir investisiya layihəsidir. Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün bundan sonra neft və qaz sektorunun genişləndirilməsinə xüsusi diqqət ayrılacaq. Xam neftin istehsalı və ixracı başqa ölkələrlə iqtisadi və ticari əlaqələri genişləndirəcək.
Mərasimdə qeyd edilib ki, günlük 2-4 min barrel arasında xam neft ixrac olunacaq. Keniya öz neft boru xəttini yekunlaşdırana qədər xam neft quru yolu ilə xüsusi dizayn edilmiş yük avtomobilləri ilə daşınacaq. Ölkənin sahilində yerləşən Mombasa limanına daşınacaq yüklər buradan gəmilərlə Çin və Hindistana ixrac ediləcək.
Qeyd edək ki, Keniyada inşa edilən neft boru xətti 2021-ci ilin ikinci yarısında istismara veriləcək. 2 milyard dollar dəyərində olan 890 kilometr uzunluğa malik bu boru xətti ilə gündə 100 min barrel petrol ixrac edilməsi planlaşdırılır.
Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə 31 may – 3 iyun tarixlərində təlim düşərgəsi təşkil olunub.
Federasiyadan verilən məlumata görə, məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilib.
Dragan Gasic 30 il məşqçi kimi fəaliyyət göstərib, 6 dünya və 4 avropa çempionatının qalibi olub. Beynəlxalq səviyyəli məşqçi məşq prosesindən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib.
Dörd gün davam edən təlimlər 10 saat nəzəri və 20 saat dənizdə praktiki məşqlərdən ibarət olub.
Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak edib.
Qeyd edək ki, aktiv bazası 2014-cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etməkdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.
Bir ilə yaxındır aparılan təmir zamanı xeyli iş görülüb. Belə ki, 3850 ton yükgötürmə qabiliyyətinə malik gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və sair sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, bu məqsədlə bütövlükdə 350 ton metal işlədilib. Kayutlar müasir tələblər səviyyəsində təmir olunaraq yeni avadanlıq və mebellə təchiz edilib.
Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.
Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernizasiya edilib, ikinci gövdə qatı tikilib.
Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib.
Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
Xatırladaq ki, “Cəfər Cabbarlı” quru yük gəmisinin uzunluğu 123.50, eni 15 metr, maksimal sürəti 11.7 uzeldir.
Avstraliya sularında bir gəmidə olan 123 konteyner yüksək dalğalar səbəbindən dənizə düşüb.
“Seanews.az” xəbər verir ki, içərisində sağlamlıq məhsulları, cərahiyə maskaları və uşaq bezləri olan konteynerlərdən 83-nü tapmaq mümkün olmayıb. 40 konteyner isə yararsız halda sudan çıxarılıb.
Aidiyyatı qurumlar itən konteynerlərin dəniz canlılarına zərər verəcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Xüsusilə, dənizə düşən məhsulları balinaların udmasından qorxulur.
Hazırda axtarışa cəlb olunmuş qruplar Sidneydə işləri davam etdirirlər, ancaq güclü dalğalara görə araşdırmalar ləngiyir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail Rayon İcra Hakimiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə xüsusi tədbir təşkil olunub.
Tədbirdə müxtəlif sahələr üzrə istedadı olan uşaqlar, idmançılar, əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan, rayondakı 219 saylı evdə-məktəbin şagirdləri, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları iştirak edib. Ümumilikdə 200-dən çox uşaq üçün Dənizkənarı Milli Parkdakı “Yaxt klub”da əyləncəli bayram tədbiri keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova çıxış edərək tədirə qatılan bütün uşaqları və onların valideynlərini Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib. Bayramın tarixçəsindən danışan X.Bayramova bildirib ki, hazırda Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Qeyd olunub ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummillli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz buraxıb.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlib. Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, xeylı körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub.
Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Tədbirdə populyar incəsnət xadimləri ilə yanaşı istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunub, şən klounlar və məzhəkəçilər tədbiri daha da canlandırıb və yaddaqalan edib.
Sonda təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.