Bu ilin aprelində Barselonadan səfərə çıxan gəmi üzən şəhəri xatırladır.
Gəmi “Royal Caribbean” turizm şirkətinə məxsusdur. Uzunluğu 362 metr uzunluğu olan gəminin çəkisi 228 min tondur. Hündürlüyü 70 metr olan gəmi dünyanın ən böyük sərnişin gəmisi sayılır.
2.775 kayutda 6.800 sərnişin və 2.200 ekipaj üzvü yaşaya bilər.
Gəminin içində 40 restoran və bar, 23 üzgüçülük hovuzu, serfing yeri, buz meydançası, kinoteatr və teatr, mini qolf sahəsi, iki dağa dırmanma divarı, 25 metrlik zip line, spa mərkəzi, idman salonu, robot barmenlər və onlarla mağaza var.
Bu da möhtəşəm "Dənizlər simfoniyası".
Posted by SeaNews.az on 3 Sentyabr 2018, Bazar ertəsi
Myanmanın Yangon bölgəsində yerləşən Thongva şəhərində balıqçılar heyətsiz və yüksüz nəhəng bir gəmiyə rast gəliblər.
“Seanews.az” xəbər verir ki, bu barədə balıqçılar dərhal polisi məlumatlandırıblar.
Yangon polisi araşdırmaya başlayıb. Polis bu qəribə gəminin sirrini aşkarlayıb. Məlum olub ki, tanker gəmi sökümü fabrikinə aparılarkən əlverişsiz hava şəraiti səbəbindən heyət tərəfindən tərk edilib. “Sam Ratulangi PB 1600” adlı böyük, boş və paslı tanker Maynma dəniz qüvvələrinə aid gəmi ilə sahilə aparılıb.
Banqladeş dünyada gəmi söküntüsünə görə lider mövqeyə malikdir. Hər il yüzlərlə istifadə olunmayan tanker sökülməsi üçün Çittaqonq kəndinə gətirilir.
Türkiyə ərazi sularından gəmilərin keçmə şərtlərini dəyişib. Dəyişikliyə əsasən, hərbi yük daşıyan gəmilərin hamısına mütləq şəkildə hərbi status veriləcək.
Bundan başqa, statusundan asılı olmayaraq bütün gəmilər körpülərə 100 metrdən artıq yaxınlaşa bilməyəcək.
Başqa bir dəyişikliyə əsasən, hər hansı problem yaranacağı təqdirdə Türkiyə Sahil Mühafizəsi üzən gəmilərin kapitanının icazəsi olmadan birbaşa insidentə müdaxilə edə biləcək.
Eləcə də sıxılmış neft-qaz daşıyan gəmilər Türkiyə ərazi sularında yalnız gündüz saatlarında üzə bilərlər.
Trend
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında elan etdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsinə əsərlərin qəbulu müddəti başa çatıb.
Müsabiqəyə gənc rəssamlar tərəfindən böyük maraq olub. Şərtlərə uyğun bütün işlər təhvil alınaraq aktlaşdırılıb. Müəyyənləşdirilmiş müddət ərzində “Təşkilat Komitəsinə” 100-ə yaxın əsər daxil olub.
Qaydalara uyğun olaraq növbəti mərhələdə – sentyabrın 5-dən – 15-dək əsərlər “Facebook” sosial şəbəkəsi üzərindən açıq səsverməyə çıxarılacaq. Bütün iştirakçılara bərabər hüquq yaradılacaq. Belə ki, əsərlər eyni gündə vahid albom şəklində “Facebook” da yerləşdiriləcək. Eyni zamanda, xüsusi proqram vasitəsi ilə saxta səslərin verilməsinin qarşısı alınacaq.
“Təşkilat Komitəsi” bütün iştirakçıları aktiv olmağa dəvət edir. Əsərlər BU SƏHİFƏ üzərindən paylaşılacaq.
“Facebook” səsverməsinin keçirildiyi müddətdə əsərlər paralel olaraq peşəkarlardan ibarət münsif heyətinə təqdim olunacaq.
Ümumi müsabiqənin qalibləri “Facebook” səsverməsinin nəticələri və münsiflərin rəyi ilə müəyyən olunacaq.
Şəffaflığın təmin edilməsi üçün əsərlər səsverməyə kodlaşdırılmış formada çıxarılacaq.
Qaliblərin adı sentyabrın sonunda açıqlanacaq. Daha sonra Bakının böyük sərgi salonlarının birində bütün əsərlərdən ibarət üç günlük sərgi keçiriləcək.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qırğızıstan və Əfqanıstanda günəş enerjisinin inkişafına texniki dəstək layihəsinə 3 milyon dollar ayırıb.
“Floating Solar Energy Development” adlı layihə 2018-ci il avqustun 17-də AİB Direktorlar Şurası tərəfindən təsdiqlənib. Layihə bu üç ölkədə üzən günəş elektrik stansiyalarının yaradılmasına texniki dəstək göstərməyi nəzərdə tutur.
Bankın ekspertləri əmindirlər ki, bu, enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və atmosferə zərərli tullantıların azaldılmasına imkan verəcək:
Qeyd edək ki, Azərbaycanın enerji sisteminin gücü 6 min meqavatdan çoxdur. Bununla belə, ekspertlərin fikrincə, ölkədə bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavolt-amperdən artıqdır.
“2018-2020-ci illərdə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumi dəyəri təqribən 13 milyon dollar olan 23 layihə həyata keçirməyi planlaşdırır.
Trend
Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan Bled adasının bənzərsiz gözəlliyi hər kəsi heyran edir.
“Seanews.az” xəbər verir ki, Bled gölü və gölün ortasındakı eyniadlı ada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə yerləşir.
Bled gölü Buzlaşma dövründə yaranıb. Bu səbəbdən Bled adada həmin dövrdən əvvələ aid insan izi aşkarlanmayıb.
Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini pilləkənlə qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik gətirəcəyi ilə bağlı inanc mövcuddur.
Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.
Bu il Aralıq dənizində miqrantların və qaçqınların ölüm sayı rekord həddə çatıb.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin məruzəsində bildirilir.
Məruzədə qeyd olunur ki, Aralıq dənizində itkin düşən və ya ölənlərin sayı 1600 nəfəri ötüb.
Sənədə əsasən 2018-ci ildə Avropaya gələn qaçqınların sayı 42 faiz azalıb. Lakin onlar arasında ölümün səviyyəsi kəskin şəkildə artıb. Ötən il Aralıq dənizində hər 43 qaçqından 1-i ölüb. İndi bu ərazidə hər 18 miqrantdan 1-i ölür.
“Bu hesabat bir daha təsdiq edir ki, Aralıq dənizi yolu ən öldürücüdür”, – deyə təşkilatın Avropa bürosunun rəhbəri Paskal Moro BMT-nin hesabatını şərh edib.
Aralıq dənizi sahilində yerləşən ölkələr vasitəsilə Avropaya keçmək istəyən qaçqınların sayı 2015-ci ildə, Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin genişlənməsi səbəbindən artıb. İyulda Liviya sahillərində gəmi qəzası nəticəsində 63 nəfər itkin düşüb.
Report