Gələn il dünya bazarında neftin orta qiymətinin 74 dollar/barel olacağı proqnozlaşdırılır.
Bu barədə Dünya Bankının oktyabr ayında dərc olunan “Əmtəə Bazarları proqnozu”nda qeyd edilib.
“2019-cu ildə dünya bazarında neftin orta qiymətinin bu ilin proqnozu olan 72 dollar/bareldən artaraq 74 dollar/barelə çatacağı gözlənilir.
Hesabatda bildirilir ki, ABŞ-ın neft hasilatının daha da artacağı, İran və Venesuelada isə azalacağı gözlənilir. Dünya Bankı qlobal tələbatın isə sabit olacağını proqnozlaşdırır.
Report
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubiley mərasiminin açılış videosunu təqdim edirik.
Qrafik elementlərdən ibarət video özündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üç əsrlik tarixini, dənizçilərin qəhrəmanlıq və fədakarlığını, dəniz romantikasını, onların əməyinin özəlliklərini əks etdirir.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platformasının quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.
Bu barədə “Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar keçirilən ictimaiyyətlə görüşdə layihənin icrası üzrə menecer Kolin Simpson bildirib.
Onun sözlərinə görə, platformanın üst hissəsinin Bayılda, alt hissəsinin isə Bakı Dərin Özüllər Zavodunda inşa olunması gözlənilir.
Menecer qeyd edib ki, 2020-ci ildən platformanın hissələrinin dənizə yola salınması həyata keçiriləcək: “Sualtı emalat işlərinin görülməsi planlaşdırılır. 2021-ci ilin sonuna dayaq blokunun quraşdırılması, 2022-ci ilin ortalarına isə üst tikilinin quraşdırılması işlərinin aparılması nəzərdə tutulur”.
K.Simpson meneceri platformadan hasilatın 2023-cu ildə başlanmasının planlaşdırıldığını da qeyd edib.
Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” AÇG müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.
“Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin son variantı 2019-cu ilin yanvar-fevral aylarında açıqlanacaq.
Yeni platformanın FEED (Front End Engineering Design – İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini “SOCAR-KBR” birgə müəssisəsi həyata keçirəcək.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.
Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.
Report
Rusiya “Admiral Kuznetsov” avidaşıyıcı gəmisindən daha böyük aviadaşıyıcı gəminin inşası üzərində çalışır.
“Seanews.az” xəbər verir ki, bunu “RBK Daily” qəzetinə açıqlamasında Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov deyib.
Rəhmanov hazırda Rusiyada nəhəng avidaşıyıcı gəmilərin tikintisi üçün iki tərsanənin olduğunu bildirib.
O, yeni gəminin nə zaman istifadəyə veriləcəyini açıqlamayıb. Amma bundan öncə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov tikinti işlərinə 2025-ci ildə başlanacağını bildirmişdi.
Qeyd edək ki, “Admiral Kuznetsov” gəmisi 1991-ci ildə istifadəyə verilib. Hazırda gəmi təmir olunur. Onun 2021-ci ildə yenidən istismara qaytarılacağı bildirilir.
Maryland Universiteti Ətraf Mühit Elmləri Mərkəzinin bir qrup tədqiqatçısı ətraf səslər haqqında məlumat toplamaq üçün Atlantik okeanının altında sualtı mikrofonlar yerləşdiriblər.
“Seanews.az” xəbər verir ki, araşdırmanın nəticəsində gəmi və qayıqlardan gələn səslərin delfinlərin bir-birləri ilə əlaqələrinə mənfi təsir göstərdiyi məlum olub.
“Heç kim həddindən artıq səs-küylü şəraitdə yaşamaq istəməz. Yaşadığınız şəhərdəki gurultunun oradkı insanlara necə təsir etdiyini heç düşündünüzmü? “- deyə, tədqiqat rəhbəri Bailey bildirib.
Delfinlər sosial heyvanlardırlar. Onlar ünsiyyət qurmaq, birlikdə qidalanmaq və müxtəlif qruplarla birləşdikdə adlarını söyləmək xüsusiyyətlərinə malikdirlər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, delfinlər 14 000 fərqli siqnaldan istifadə edir. Bu da onların inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə tezliyinə malik olduqlarını göstərir.Tədqiqatçılar ətrafdakı səslər səbəbindən bu tezliklərin dəyişdiyini və daha çox səssiz gəmilər istehsalının vacibliyini vurğulayıblar.
Türkiyənin neft və təbii qaz axtaracaq yerli qazma gəmisi “Fateh” Aralıq dənizində ilk qazma işi üçün hərəkət edib.
“Fateh” gəmisinin aparacağı ilk dəniz qazma işi üçün keçirilən mərasimdə Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz çıxış edib.
Nazir bildirib ki, ilk dəfə öz gəmimizlə dənizdə qazma işinə başlayırıq. Daha əvvəl “Barbaros Xeyrəddin Paşa” gəmisilə seysmik araşdırmalar aparılıb və mütəxəssislər analizləri təqdim ediblər. Bunun nəticəsində “Alanya-1” quyusu ilə bağlı işlərə start verilir. Bu addım enerji tədarükündə təhlükəsizliyimizi artıracaq.
Dönməz “Fateh” gəmisinin 6-cı nəsil yüksək səviyyəli texnologiyaya malik olduğunu və 6 metr hündürlükdəki dalğada belə sabit qalaraq fəaliyyətinii davam etdirə bildiyini deyib. O əlavə edib ki, bütün əməliyyatlar beynəlxalq standartlara uyğun həyata keçiriləcək, qazma fəaliyyətləri zamanı ətraf-mühitə, dəniz həyatına və canlılara heç bir zərər verməyən texnologiyadan istifadə olunacaq.
Dönməz ilk qazma işinin 150 günə yaxın davam edəcəyini, hədəflərinin bu qazma gəmisilə ildə orta hesabla iki neft quyusu açmaq olduğunu qeyd edib.
Yunanıstanın Zakintos adası bir neçə gün əvvəl baş vermiş güclü zəlzələ nəticəsində yerini 3 santimetr dəyişib.
Bölgədə oktyabrın 26-na keçən gecə 6,4 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində dağıntı və ya itkilər qeydə alınmasa da, sakinlər gecəni küçədə keçirməli olub.
Qeyd edək ki, sözügedən ərazidə bu gün səhər saatlarında da 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend
Oktyabrın 30-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Sonra Türkmənistan nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Şahin Mustafayev Azərbaycan və Türkmənistanın dost ölkələr olduğunu, xalqlarımızı ortaq tarixin, dil, din və ənənələrin birləşdirdiyini, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrimizin inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini, 2017-ci ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi və aparılmış müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafına mühüm töhfəsini verəcək.
İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan nəqliyyat marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, bugünkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.
Görüş nəqliyyat sektorunun müxtəlif sahələri üzrə ikitərəfli müzakirələrlə davam edib.
Çin istehsalı olan “Haixing 6000” adlı sualtı robot dəniz səthindən 6,001 metr aşağıda apardığı tədqiqatlarla dünya rekordu qırıb.
“Seanews.az” xəbər verir ki, robot üç saat ərzində dənizin dərinliyində biologi tədqiqat aparıb, su və torpaq nümunələri toplayıb, simulyativ qara qutu axtarışı ilə bağlı missiyasını uğurla başa çatdırıb.
Qeyd edək ki, bu, Çinin uzaqdan idarə olunan ilk sualtı vasitəsidir. Robotu Çin Elmlər Akademiyasına bağlı olan Shenyang Avtomatika İnstitutunun bir qrup mütəxəssisi hazırlayıb.
Əlcəzair ilk dəfə Aralıq dənizində neft axtaracaq.
Əlcəzairin “Sonatrach” şirkəti Aralıq dənizi sularında neft axtarışı üçün Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri ilə müqavilə imzalayıb.
Müqaviləyə görə, ölkənin şərq və qərb sahillərində 2 müxtəlif bölgə olmaqla ümumilikdə 25 min kilometrlik sahədə neft axtarışı aparılacaq. Müqavilə üzrə “Sonatrach” 50 faiz, “Eni” və “Total” şirkətləri isə 25 faiz maliyyə təminatı həyata keçirəcək.
Bundan başqa, “Sonatrach” və “Eni” şirkətləri Əlcəzairin cənub-şərqində neft-qaz yataqlarının işlənməsi üçün 1,1 milyard dollarlıq müqavilə imzalayıblar. Bu razılaşmaya əsasən, sözügedən regionda neft-qaz ehtiyatları yenidən qiymətləndiriləcək, eləcə də Aralıq dənizində seysmik tədqiqatlarla yanaşı, yeni neft quyuları da qazılacaq.
Azərtac