Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

min ton yükgötürmə qabiliyyətinə malik tanker əsaslı təmirdən çı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəsimi” tankeri əsaslı təmirdən çıxıb. 13 min ton yükgötürmə qabiliyyətinə malik  gəminin “Zığ” Gəmi Təmiri Zavodunda keçən ilin dekabrında başlayan əsaslı təmiri 24 saatlıq növbəli  iş  prinsipi əsasında həyata keçirilib. Tankerin  gövdəsi, baş və köməkçi mühərrikləri, bütün sistemləri ( yük, ballast, soyutma, yağlama sistemləri və s.) yüksək keyfiyyətlə  təmir olunub. Radio və naviqasiya cihazları, göyərtə mexanizmləri, lövbər bucurqadı, şpil, xilasedici avadanlıqlar və digər qurğular  saz vəzyiyyətə gətirilib.   Gəmi təmirçiləri  xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən  gələni əsirgəməyiblər. Dəniz  sınaq yoxlanışından  uğurla çıxan “Nəsimi” tankeri  növbəti 5 il üçün istismara tam hazırdır. Dahi Azərbaycan şairinin adını daşıyan tanker Xəzərdə istismar ediləcək,  Rusiya, Qazaxıstan, Türkmənistan istiqamətində neft və neft məhsulları daşıyacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır