Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Yaponiyanın ilk hidrogen və bioyanacaq sərnişin gəmisi suya salınıb

“Hongawara Ship Yard Co., Ltd” tərsanəsində hibrid güc qurğuları olan kiçik sərnişin gəmisinin suya buraxılması və adlandırılması baş tutub. “Hanaria” adlandırılan gəmi “Motena-Sea, Ltd” şirkəti tərəfindən sifariş edilib. (“Mitsui O.S.K. Lines, Ltd.”, “MOL”-a daxildir).

“Seanews.az” xəbər verir ki, “Hanaria” Yaponiyada hidrogen və biodizeldən bunker yanacağı kimi istifadə edə bilən hibrid güc qurğularına malik ilk sərnişin gəmisidir. Gəminin sifarişçiyə çatdırılması 2024-cü ilin mart ayına, Fukuoka prefekturasında sərnişin xətlərində istismara verilməsi isə həmin ilin aprelinə planlaşdırılır.

Mütəxəssilərin fikrincə, belə bir gəminin istismarı zamanı CO2 emissiyaları 53%-dən 100%-ə qədər azalacaq. Gəmi operatoru müxtəlif iş rejimlərini -hidrogen yanacaq elementlərinin, litium-ionakkumulyator batareyalarının və ya biodizel yanacağının istifadəsini seçə biləcək.

“Tokyo Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”, Yaponiya) bütün dünyada həftəlik layner və logistika xidmətlərinin ən böyük və çoxşaxəli şəbəkələrindən birini idarə edən şirkətlərin nəqliyyat qrupudur. Qrupun donanmasına ümumi dedveyti 50,8 milyon ton olan müxtəlif təyinatlı 700-ə yaxın gəmi daxildir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır