Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

985 gəminin tikintisinə 55 milyard dollar xərclənəcək

Rusiya yaxın 10 il ərzində dəyəri 5,5 trilyon rubldan çox olan gəmiqayırma proqramını həyata keçirməyi planlaşdırır və Çin bu layihədə əsas tərəfdaş olacaq.

“PortNews” IAA müxbirinin verdiyi məlumata görə, bu barədə “Sudoexport” ASC-nin baş direktoru Viktor Rodin Sankt-Peterburqda keçirilən “Neva 2023” sərgisində danışıb.

Onun sözlərinə görə, Sənaye və Ticarət Nazirliyinin 2023-cü ilin aprelində düzəliş edilmiş planına əsasən, Rusiyada 2035-ci ilə qədər dəyəri 5,5 trilyon rubldan çox olan 985 gəmi tikilməlidir ki, bu da indiki məzənnə ilə 55 milyard dollardır ki, bunun da təqribən 14 milyard dolları gəmi avadanlıqlarının idxalı üçün nəzərdə tutulur.

Donanmanın tikintisi proqramı, Viktor Rodinin sözlərinə görə, müxtəlif növ gəmiləri - tankerlər, sərnişin, balıqçılıq, quru yük gəmiləri əhatə edir. “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə bu gün bizə dedveyti 40-60 min ton olan 60-dan çox taxıldaşıyan gəmi lazımdır və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində işləmək üçün ən azı 21 konteyner gəmisi tələb olunacaq", - deyib.

Müasir şəraitdə Rusiya gəmiqayırması beynəlxalq əməkdaşlıq baxımından şərqə meyl edir. ÇXR dünya gəmiqayırma sənayesinin lideri kimi Rusiyanın prioritet tərəfdaşıdır.

Ekspertin fikrincə, bu əməkdaşlığın əsas istiqamətlərindən biri Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) gəmiqayırma zavodlarına avadanlıq və istehsal üçün lazım olan məhsulların tədarükünün təşkilidir. Bundan əlavə, lokalizasiya imkanları da nəzərdən keçirilir.

Viktor Rodinin sözlərinə görə, Çin sənayesi Rusiya bazarında orta və aşağı sürətli dizel mühərriklərinə, eləcə də digər dəniz avadanlıqlarına olan tələbatı ödəyə bilir. Bundan əlavə, Çin tərəfi potensial olaraq mühərrik sistemlərinə texniki xidmət, onların təmiri və rusiyalı həmkarları üçün təlim xidmətləri göstərə bilər.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır