Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Rumıniyada “PNS Hunain” gəmisinin suya buraxılması mərasimi keçirilib

Rumıniyanın “Damen Shipyards” şirkəti tərəfindən “Damen”in Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa etdiyi 2600 seriyalı Açıq Dəniz Patrul Gəmilərindən (OPV - Open Sea Patrol Vessel) biri olan “PNS Hunain”in dənizə endirmə mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, ilk iki gəmi  - “PNS Yarmook” və “PNS Tabuk” 2020-ci ildə uğurla təhvil verdikdən sonra “Damen” “PNS Hunain”in inşası üçün müqavilə imzalanıb.

Tədbirdə Pakistan HDQ-nin Baş Qərargah rəisi admiral Məhəmməd Amjad Xan Niyazi başda olmaqla Pakistan HDQ-nin nümayəndələri, habelə Rumıniyadakı Pakistan icmasının üzvləri, Rumıniya hökumətinin, HDQ-nin və “Damen”in nümayəndələri iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır