Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Yeni sualtı gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib

Yeni nüvə hücum sualtı gəmisi “USS Hyman G. Rickover” ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.

“Seanews.az” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri naziri Karlos del Toro (Konnektikut ştatı) Qroton şəhərindəki Yeni London Dəniz Sualtı Bazasında sualtı gəminin qəbulu mərasimində iştirak edib.

Bu, "Amerika nüvə donanmasının atası" admiral Hayman Rikoverin adını daşıyan ikinci sualtı qayıqdır. TASS Pentaqonun hesabatına istinadən xəbər verir ki, nüvə enerjisi ilə işləyən sualtı qayıq “Tomaqavk” raketləri, “Mk 60 CAPTOR” dəniz minaları və “Mk 48” uzaq mənzilli torpedalar ilə təchiz edilib.

“USS Hyman G. Rickover” ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilən “Virciniya” tipli dördüncü sualtı qayıqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır