Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Hindistan Hərbi Dəniz Qüvvələri "15B” layihəli dörd esminesdən istifadə etməyi planlaşdırır

Hindistan Hərbi Dəniz Qüvvələri üçüncü "İmphal" esminesini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, mərasim Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin rəsmi kanalı tərəfindən “YouTube”-də yayımlanıb.

"İmphal” təkcə dəniz zonasında fiziki təhdidlərdən müdafiəni təmin etməyəcək, həm də güc nümayişi ilə milli birliyimizi sarsıtmaq üçün pis planları kökündən siləcək", -  deyə ölkənin Hərbi Dəniz Qüvvələrinin Baş komandanı, admiral Hari Kumar bildirib.

"15B” layihəli üçüncü esmines "Imphal" oktyabrın 20-də, vaxtından dörd ay əvvəl Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Gəmi məxfi texnologiya ilə təchiz edilib, yükgötürmə qabiliyyəti 7,5 min ton, uzunluğu 164 metrdir və Hindistanda indiyə qədər tikilmiş ən böyük esmineslərdən biridir. O, “Barak 8” orta mənzilli şaquli buraxılışlı zenit raketləri, səsdən sürətli “BrahMos” qanadlı raketləri, sualtı qayıq əleyhinə silahlar və aşkarlama sistemləri ilə silahlanıb.

Ümumilikdə Hindistan Hərbi Dəniz Qüvvələri "15B” layihəli dörd esminesdən istifadə etməyi planlaşdırır. Üçü, o cümlədən “İmphal” artıq istismara verilib. “Surat” adlı dördüncü esminesin 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır