Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“SAIC” şirkəti üç il ərzində 14 “RO-RO” gəmisi alacaq

Çinin dövlət avtomobil istehsalçısı “SAIC” logistika şirkəti “SAIC Anji Logistics” vasitəsilə növbəti üç il ərzində 14 “RO-RO” gəmisi təhvil alacaq.

Ötən ilin Çinin gəmiçilik şirkətləri ümumilikdə 110 min avtomobil tutumu olan cəmi 40 gəmiyə sahib idilər. Müqayisə üçün qeyd edək ki, Yaponiya gəmiçilik şirkətlərinin belə gəmilərinin ümumi tutumu 1,6 milyondur. Hətta Norveçdə belə gəmilərin tutumu 930 min avtomobildir.

“Seanews.az” xəbər verir ki, 2023-cü ilin noyabr ayında Çin gəmi sahibləri ümumi tutumu 290 min avtomobil olan 37 gəmi sifariş ediblər.

Xatırladaq ki, elektriklə işləyən avtomobillər sahəsində Çin lideri “BYD” şirkəti ixrac imkanlarını artırmaq üçün iki il ərzində dəniz avtomobilləri daşıyıcıları donanmasını 8-ə çatdırmağı planlaşdırır.

Bu ilin yanvar ayında “BYD”-nin elektrik maşınlarını daşıyan “RO-RO” gəmisi Jenşendəki Syaomo Beynəlxalq Logistika Limanından Avropaya yola düşdü. 7000 avtomobil tutumlu “BYD Explorer No. 1” Londonda yerləşən gəmiçilik şirkəti “Zodiac Maritime” tərəfindən “CIMC Raffles” gəmiqayırma zavoduna sifariş edilib. Bu, Çin tərsanəsində sırf yerli istehsal olan avtomobillərin ixracı üçün tikilmiş ilk avtomobil daşıyıcısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır