Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Ağdam” yenidən TBNM-də istismar edilə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ” QSC-nin nəqliyyat donanmasına məxsus “Ağdam” gəmi-bərəsi yenidən yükdaşımalara tam hazırdır. 2016-cı ilin dekabrından  “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı   təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.Eyni zamanda, “Ağdam”ın bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Ağdam” gəmi-bərəsində olub. Sədrə təmirin necə həyata keçirildiyi barədə məlumat verilib. Rauf Vəliyev gəmi-bərənin ayrı-ayrı bölmələrinin  təmirdən sonrakı vəziyyəti ilə tanış olub. “Ağdam”ın heyəti ilə də görüşən sədr dənizçilərə bir sıra tapşırıqlarını verib. Xüsusilə vurğulayıb ki, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Gəmiçiliyin rəhbəri eyni zamanda, işində fərqlənən əməkdaşların karyeralarında da irəliləyişlərin olacağını bildirib. Dəniz sınaq yoxlamasından da uğurla çıxan  “Ağdam” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi vardır. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır