Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bakıda dəniz gəzintiləri: qrafiki yoxdur, hər şey havadan asılıdır

Yay mövsümündə Bakıda istirahət edən insanların üz tutduğu ilk məkan bulvardır.

Bulvarda bir sıra istirahət mərkəzləri, attraksionlarla yanaşı, gəmi ilə dəniz gəzintilərinə də maraq böyükdür.

Lakin bir məqam var ki, gəmi ilə gəzintilər günün müəyyən saatlarında xidmət göstərir. Bəs, görəsən, gecə saatlarında dəniz gəzintiləri niyə təşkil edilmir? Gəmilərin xüsusi hərəkət qrafiki varmı?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, gəzintilər gecə saatlarına qədər davam edir:

“Yay aylarında gəmi ilə gəzintilər daha sıx təşkil edilir. Sərnişinlərin tələbatına uyğun olaraq, gəzintilər təxminən saat 16:00-dan gecə yarısına qədər davam edir. Qışda isə təxminən saat 12-13 radələrindən 20:00-a qədər. Yəni gəmi ilə gəzintilər bütün fəsillərdə təşkil edilir. Ümumiyyətlə, yay aylarında tələbatdan asılı olaraq gün ərzində azı 5, ən çox isə 11-12 gedişə qədər gəzintilər olur”.

Qeyd olunub ki, bulvarda sərnişinlərə iki gəzinti gəmisi xidmət göstərir – “Mirvari” və “Şəfəq”:

“Mirvari” gəmisinin tutumu 466 nəfərdir. Bu gəmidə gəzinti haqqı 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5 yaşdan yuxarı 3 manat, eləcə də böyüklər üçün sadə salonda 3 manat, VİP salonda 10 manatdır. “Şəfəq” gəmisinin tutumu isə 60 nəfərdir. Burada da 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşdan yuxarı isə 5 manat təşkil edir.

Dəniz gəzintilərində tələbata uyğun olaraq, əsasən, “Mirvari” gəmisindən istifadə olunur. Bu gəmi orta hesabla gündə 6-7 səfər həyata keçirir. Qışda təxminən saat 12-13 radələrindən 20:00-a qədər gəzintilər olur. Ümumiyyətlə, hava şəraiti imkan verdiyi təqdirdə, dəniz gəzintiləri bir saatdan bir təşkil edilir”.

Eyni zamanda qeyd edilib ki, gəzintilərin əvvəlcədən təyin edilən qrafikinin mövcud olmamasına səbəb hava şəraitidir:

“İnsanların diqqətinə çatdırmaq istəyirik ki, gəminin səfərə çıxması birbaşa hava şəraitindən asılıdır. Yalnız hava şəraiti imkan verdiyi halda gəmi dənizə çıxa bilər. Əlverişsiz hava şəraitində insanların təhlükəsizliyi baxımından gəmilərin dənizə çıxmasına icazə verilmir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır