Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bundan sonra Xəzərdə "Xocalı" gəmisi də üzəcək 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans partnyoru olan “Caspian Marine Services”in(CMS) donanmasına yeni “Xocalı” təchizat gəmisi daxil edilib.

CMS-dən “seanews.az” -a verilən məlumata görə, uzunluğu 82,00, eni 16 metr, dedveyti 3300 ton olan gəmi göyərtəsinə 1700 t ton yük götürmək qabiliyyətinə malikdir.

Gəmi  müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. Yeni təchizat gəmisi  yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir. Müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlılıq sistemi ilə təchiz olunan “Xocalı” gəmisinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

 “Xocalı”  təchizat gəmisinin dizaynı “Rolls Royce Marine”, inşası  İtaliyanın “Rosetti Marino S.p,A”  gəmiqayırma zavoduna məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır