Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Antverpen-Brügge birgə limanının yük dövriyyəsi ildə 278 milyon tona çata bilər

2024-cü ilin yanvar-mart aylarında Belçikanın Antverpen-Brügge limanının ümumi yük dövriyyəsi 70,4 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 2,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, Liman administrasiyasının hesabatında belə deyilir.

Bu ilin fevral ayında 2023-cü ildə iqtisadiyyatda iqtisadi qeyri-müəyyənlik və inflyasiya dövründən sonra konteyner daşımalarına tələbat yenidən artdı. 2024-cü ilin mart ayında 2021-ci ildən bəri rekord aylıq yükaşırma həcmi qeydə alınıb.

2024-cü ilin yanvar-mart aylarında konteyner yüklərinin aşırılması ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq, demək olar ki, 3,3 milyon TEU və ya tonla 8,6% təşkil edib.

Hesabat dövründə ümumi yüklərin aşırılması 7,8% azalıb. Ro-Ro yüklərinin aşırılması 6,9% azalıb. Antverpen-Brügge Ro-Ro terminallarının davamlı sıxlığı bütün təkərli nəqliyyat vasitələrinin aşırılmasının 9% azalmasına səbəb olub. Bu, əsasən, işlənmiş minik avtomobillərinin (-52,5%), iri və ağır texnikanın (-25%), yük avtomobillərinin (-23,9%) və yeni gətirilən minik avtomobillərinin (-5,5%) yüklənməsinin azalması ilə əlaqədardır. Belçika limanı ilə Böyük Britaniya arasında marşrut üzrə daşınan Ro-Ro yüklərinin həcmi 4,4% azalıb. İspaniya və Portuqaliyadan Ro-Ro xidmətlərində belə yüklərin emalı 31,5%, İrlandiyadan 6,4%, Skandinaviyadan isə 13,5% artıb.

Quru yüklərin ixracı 9,7% artıb, idxalı isə 24,4% azalıb. Beləliklə, bu seqmentdə hesabat rübü 12,1% azalma ilə başa çatıb.

Maye yük seqmentində cüzi azalma (-0,9%), ixracın 4,2% artması, idxal axınının isə 4,1% azalması qeyd edilib. Hesabat dövründə mazut (+25,2%), avtomobil benzini (+12,1%) və maye qazın (+10%) işlənməsi artıb. Eyni zamanda dizel yanacağının həcmi 40% azalıb.

2024-cü ilin birinci rübündə limana 4855 gəmi yan alıb ki, bu da nəzərdə tutulduğundan 1,8% azdır.

İlkin proqnozlara görə, Antverpen-Brügge birgə limanının yük dövriyyəsi ildə 278 milyon tona çata bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır