Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

lisidə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçir

Tbilisidə Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclası işə başlayıb. Mayın 19-dək davam edəcək iclasda əsasən CAREC-in nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti, təşkilata yeni üzvlərin qəbulu, investisiya imkanları və yeni investorların cəlbi, eləcə də perspektiv planlar müzakirə olunur. İlk gündə  Azərbaycandan keçən dəhlizin modernləşdirilməsi barədə də fikir mübadiləsi aparılıb.  Qeyd olunub ki, Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi ilə Azərbaycana gətirilir və buradan da Gürcüstana daşınır.  Həmin yüklər Gürcüstandan  Avropaya aparılır. Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel  daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər  hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər  hissədə isə işlər davam edir. Eyni zamanda, vurğulanıb  ki, Bank Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsinə də vəsait ayırmaqda maraqlıdır. Bu layihəyə Bakı-Tbilisi-Qars dəmir yolunda elektrik xətlərinin çəkilməsi, yol nişanlarının qoyulması və təkmilləşdirmə işləri daxildir. Xatırladaq ki, hazırda  CAREC-ə 11 ölkə üzvdür. Başqa ölkələrin də bu proqrama qoşulması investisiya imkanlarının artmasına və ümumi nəqliyyat dəhlizlərinin genişlənməsinə səbəb ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır