Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

class="title-news">"Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" müzakirə edilib

Rumıniyanın Buxarest şəhərində Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya arasında "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə yaradılması planlaşdırılan dördtərəfli işçi qrupun ilk iclası keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, o cümlədən Türkmənistan, Gürcüstan və Rumıniyanın aidiyyəti qurumlarının nümayəndələri iştirak edib. İclasda "Xəzər Dənizi - Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu" layihəsi çərçivəsində regional olaraq dəhlizlərin və infrastrukturun inkişafı, prosedurların, eləcə də tariflərin, visa xidmətlərinin, ödəmə metodlarının sadələşdirilməsi istiqamətində məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycan ekspertlər qrupunun rəhbəri qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük sistemində həyata keçirilən son islahatlar barəsində geniş məlumat verib. Bildirilib ki, "Yaşıl Dəhliz" konsepsiyası, "Bir pəncərə" prinsipi, elektron bəyanetmə, qısa idxal bəyannaməsinin təqdimi istiqamətində görülən işlərin "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" layihəsi kontekstində prosedurların sadələşdirilməsi, tranzit rəqabət qabiliyyətliliyinin artırılması və ümumilikdə ticarətin asanlaşdırılmasında mühüm rol oynacaq.

Baş İdarə rəisi Dövlət Gömrük Komitəsinin Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulması barədə də iclas iştirakçılarını məlumatlandırıb.

Səməd Qaralov Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi və CAREC proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə elektron tranzit prosedurlarının tətbiqini nəzərdə tutan layihələr barədə də danışıb.

Qeyd edilib ki, bu kimi islahatlar sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaratmaqla yanaşı, malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsində əvəzsiz rol oynayacaq.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır