Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, 6 ayda Ələt qəsəbəsindəki yeni Bakı Limanında ümumi yük, vaqon, TIR və konteyner aşırmaları, eyni zamanda, sərnişin daşınması üzrə müsbət göstəricilər qeydə alınıb. Uğurlu yarım ili şərtləndirən amillər sırasında “Bir kəmər, bir yol” və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycandan keçən yük həcminin çoxalması, eyni zamanda, Mərkəzi Asiyadan kimyəvi məhsulların (karbamid, polipropilen, polietilen və sair) ixracının, Qara Dəniz və Avropa ölkələrindən Mərkəzi Asiya istiqamətinə daşınan sənaye və qida məhsullarının artması olub.

Əsas artım irihəcmli nəqliyyat vasitələrinin (TIR-ların) daşınmasında qeydə alınıb. Belə ki, TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 57,8 faiz artaraq 15 min 9 ədəd olub. Bunlardan 11 min 372-si (75,8 faizi) Bakı-Türkmənbaşı-Bakı, 3637-si isə (24,2 faizi) Bakı-Kurık-Bakı istiqamətində daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır