Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Tbilisidə “Orta Dəhliz”in Çin və Avropa üçün əhəmiyyəti müzakirə olunub

Tbilisidə Gürcüstan və Çin arasında tranzit və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə “Gürcüstan dəmir yolları” şirkətinin direktoru, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Çinin Lyanyunqan limanının nümayəndələri iştirak ediblər. Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” – red.) əhəmiyyətini müzakirə ediblər. Lyanyunqan limanının rəhbərliyi “Orta Dəhliz”in Çin və Avropa üçün prioritet marşrut olduğunu bildirib. Çin nümayəndə heyəti dəhlizin daha da inkişaf etdirilməsi və yük daşınmaları sahəsində Gürcüstanla əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin “Orta Dəhliz”də subsidiyaların bölüşdürülməsi məsələsi də nəzərdən keçirilib.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır