Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ASCO gəmiləri “Abşeron” qaz-kondensat yatağında borudüzmə işlərini davam etdirirlər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə işlər davam edir.

Borudüzmə əməliyyatlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Aura” yedək-təchizat və “Süleyman Vəzirov” borudüzən gəmiləri cəlb olunub.

Artıq əməliyyatların I mərhələsi yekunlaşıb.  Belə ki, “Darvin Bankası” və “Abşeron bankası” arasında 13299 metrlik boru xətti tam çəkilib.

Hazırda gəmilərlə “Abşeron bankası” – “Qərbi Abşeron” arasında boruların döşənməsi prosesi yerinə yetirilir. Bu xəttin uzunluğu 11600 metrdir.

Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Seperator Məntəqəsində borudüzmə işləri görüləcək.

Qeyd edək ki, prosesdə 36 nəfər gəmi heyəti, 56 nəfər texniki işçi çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır