Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“The International CSR Excellence Awards” TANAP-ı “Davamlılıq” kateqoriyasında mükafatlandırıb

TANAP boru kəməri layihəsi daha bir mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, TANAP sosial və ətraf mühit üzrə investisiya proqramlarına (SEIP) görə mərkəzi ofisi Böyük Britaniyada yerləşən “The International CSR Excellence Awards” təşkilatı tərəfindən “Davamlılıq” kateqoriyasında mükafatlandırılıb. TANAP “Saudi Aramco”, “Shell”, “Warner Bros” və “Coca-Cola” kimi şirkətlərin də aldığı bu mükafat ilə beynəlxalq səviyyədə qazandığı uğurlarına daha bir uğur əlavə edib. Həmçinin TANAP bu mükafatla noyabrın 25-də Londonda keçiriləcək Korporativ Sosial Məsuliyyət üzrə Dünya Liderləri tədbirində “dünya lideri” kimi iştiraka dəvət olunub.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 2 milyard kubmetrədək Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır