Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

class="alith_post_title">BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru olan BP şirkəti podratçı tərəflərin adından "Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini hazırlayıb və dərc edib.

Sənəddə "Şəfəq-Asiman" dəniz blokunda kəşfiyyat quyusunun qazılması işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və təsirin azaldılması üçün görülməli tədbirlər tövsiyə edilir. Məqsəd nəzərdə tutulmuş işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, minimuma endirmək və mümkün olduqda aradan qaldırmaqdır.

Şirkət Azərbaycan ictimaiyyətini, mütəxəssisləri və digər maraqlı tərəfləri bu sənədin layihə variantına dair rəy və fikirlərini bildirməyə dəvət edir.

Hazırda "Şəfəq-Asiman" müqavilə sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır