Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

TAP-ın kompressor stansiyalarının tikintisi bu ilin sonunadək yekunlaşdırılacaq

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilməsi çərçivəsində kompressor stansiyalarının tikintisi prosesi bu ilin dördüncü rübündə başa çatdırılacaq.  

Kipoida (Yunanıstan) stansiyalar artıq elektrik enerjisinə qoşulub, Fiyeridə (Albaniya) isə tikinti işləri əsasən bitib.  

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

“APA-Economics”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır