• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından Azərbaycan nefti ilə yüklənmiş 4300 tanker yola salınıb

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,3 mlrd. barelə yaxın neft yola salınıb. Bu barədə “APA-Economics” BIL-a istinadən xəbər verir.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 300 tanker AÇG nefti ilə yüklənilib. Bu il (sentyabrın 20-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 172,32 mln. barel neft və 215 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır