Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Los-Anceles limanında oktyabrda 678,4 min TEU konteyner işlənib

 

2022-ci ilin yanvar-oktyabr aylarında ABŞ-ın Los-Anceles limanında konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6% azalaraq 8 542 944 TEU təşkil edib. 2022-ci ilin oktyabr ayında liman terminallarında işlənən konteynerlərin həcmi 25% azalaraq 678,429 min TEU olub.

“Seanews.az”ın məlumatına görə, Los-Anceles limanının icraçı direktoru Gene Seroka nəticələrindən danışarkən deyib ki, Asiya ilə ABŞ arasında ən yaxşı marşrut Los-Anceles limanından keçir.

2022-ci ilin oktyabr ayında limanda 336,307 min TEU yüklənmiş idxal konteynerləri (-28%) işlənib. İxrac konteynerləri  89,722 min TEU (-8,7%) və boş konteynerlər 252,401 min TEU (-25%) təşkil edib.

Los-Anceles limanı ABŞ-ın ən böyük dəniz limanıdır. San Pedro körfəzində, Los Ancelesin mərkəzindən 20 mil məsafədə yerləşir. Limanın sahəsi 3,5 min hektardır ki, 27 terminalında ümumilikdə 190 milyon tona qədər yük işlənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır