Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Neapol limanına 2493 gəmi yan alıb

2022-ci ilin yanvar-sentyabr aylarında Italiyanın Neapol dəniz limanının yük dövriyyəsi 14 milyon 435 min ton təşkil edib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

“Seanews.az” xəbər verir ki, maye yük dövriyyəsi 12% artaraq 4 milyon 567 min tona, qalaq yüklər 16% artaraq 1 milyon 99 min tona çatıb. Taxıl daşınması 7% azalaraq 222 min ton təşkil edib.

Hesabat dövründə Ro-Ro konteynerləri də daxil olmaqla 5 milyon 213 min ton konteyner yükü işlənib. Bu da bir il əvvəlkindən 6% çoxdur. İşlənmiş konteynerlərin sayı 8% artaraq 527 000 TEU-ya çatıb. Ro-Ro konteynerləri istisna olmaqla, Ro-Ro yüklərinin aşırılması 2% artaraq 3 milyon 556 min ton təşkil edib.

2022-ci ilin 9 ayı ərzində sərnişindaşıma 5 milyon 404 min 103 nəfər təşkil edib. Bu da 2021-ci illə müqayisədə 60% çoxdur. Kruiz sərnişinlərinin sayı 4,9 dəfə artaraq 873 203 nəfərə çatıb.

9 ay ərzində Neapol limanına 2493 gəmi yan alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır