Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Litva Ukraynada yük terminalı əldə etmək imkanını istisna etmir

Litvanın Klaypeda Dövlət Dəniz Limanı Ukraynada yük terminalı əldə etmək imkanını istisna etmir.

Bu barədə TASS Baltikyanı Respublikasının rabitə və nəqliyyat naziri Marius Skuodisin “Be-en-es” agentliyinə müsahibəsinə istinadən məlumat yayıb. Nazirin dediyinə görə, Klaypeda limanı hazırda liman rəhbərliyini “ətrafına baxmağa” təşviq edən vəziyyətdədir.

“Yaxın vaxtlarda biz görmək istərdik ki, limanımız, bəlkə də, dəmir yolları ilə birlikdə Ukraynanın bərpasında necə iştirak edir, həmçinin, ola bilsin ki, bu ölkədə hansısa yük terminalı əldə etsin”, - deyə Skuodis bildirib.

Litvanın Nəqliyyat Nazirliyinin rəhbəri Ukrayna limanının yaxın bir neçə ildə alına biləcəyi fikrini söyləyərkən qeyd edib ki, Klaypeda limanı dünyanın digər limanlarında səhmdar olmaq üçün hər cür imkana malikdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır