Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın gəmiqayırma sənayesi əlavə işçi qüvvəsinə ehtiyac duyur

Cənubi Koreya tərsanələri tərəfindən yeni gəmilərin inşası ilə bağlı sifarişlər işçi çatışmazlığı səbəbindən yerinə yetirilməmək riski ilə üzləşib. Çıxış yolu əcnəbi işçi qüvvəsinin cəlb edilməsi və onların ixtisasına olan tələblərin azaldılmasıdır.

“Seanews.az” xəbər verir ki, 2023-cü ilin fevral ayında gəmiqayırma zavodlarında 2000-dən çox əcnəbi çalışacaq. Bundan əvvəl hakimiyyət əcnəbi qaynaqçılar üçün minimum iki illik iş təcrübəsi tələbini aradan qaldırmaq qərarına gəlib.

2023-cü ilin yanvar ayının sonunda Ədliyyə Nazirliyi bildirib ki, xarici ölkələrin tərsanə işçiləri üçün E-7 viza tələbləri 2025-ci ilin yanvar ayına qədər müvəqqəti olaraq yumşaldılacaq.

Xüsusilə, əcnəbi qaynaqçılar Ticarət, Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilmiş müəssisələrdə ixtisas imtahanlarından keçərək, sertifikat almışlarsa, əmək sertifikatlarını təqdim etməkdən azad olunacaqlar.

Hökumətin bu qərarı Cənubi Koreyanın gəmiqayırma şirkətləri və onların subpodratçılarının daim işçi qüvvəsi çatışmazlığı yaşamasına görə qəbul edilib. Bundan əvvəl səlahiyyətlilər yerli gəmi inşaatçıları tərəfindən işə götürülən əcnəbi işçilər üçün inzibati prosedurların dörd aydan bir aya endirildiyini elan etmişdilər.

Ölkə hökuməti xarici vətəndaşlar üçün kvotanı da 20%-dən 30%-ə qədər artırıb. Bundan əlavə, yerli universitetlərdə gəmiqayırma ixtisası üzrə təhsil almış əcnəbi tələbələr qaynaqçı, rəngsaz və elektrik kimi ümumi işçilərə verilən E-7-3 vizası üçün müraciət edərkən praktiki bacarıqların yoxlanılmasından azad ediliblər. Cənubi Koreya hökuməti fevralın sonuna qədər 2000-dən çox xarici ölkə vətəndaşının yerli gəmiqayırma zavodlarına cəlb olunacağını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır