Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

İsveç hakimiyyəti Baltik dənizi boğazında gəmilərin hərəkətini dayandırıb

İsveç Nəqliyyat Agentliyi Baltik dənizinin Norra-Kvarken (Şimali Kvarken) boğazında gəmilərin sərbəst hərəkətini və ikitərəfli marşrutların fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
“Seanews.az”-ın məlumatına görə, qərar 2023-cü il fevralın 7-dən qüvvəyə minib.


Səbəb boğazın buz bağlamasıdır. Əlverişsiz şəraitin 2023-cü ilin yazının sonuna qədər davam edəcəyi gözlənilir. Şərait normallaşdıqdan sonra qərar ləğv ediləcək.


“Hazırda boğazdakı ərazi müxtəlif qalınlıqlarda bərk və sürüşən buzlarla örtülüb, bəzi yerlərdə buz kanalları əmələ gəlib. Buzdan asılı olaraq, ticarət gəmilərini İsveç və ya Finlandiyanın buzqıran gəmiləri müşayiət edir. Gəmilər mövcud vəziyyət və təklif olunan marşrutlar haqqında məlumat alır və ya karvanlarla gedirlər”, - deyə nəqliyyat agentliyinin açıqlamasında bildirilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır