Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

iya sahillərində qayığın qəzaya uğraması nəticəsində 63 mühacir itkin dü

Mühacirləri daşıyan qayığın aralıq dənizinin Liviya sahilləri yaxınlığında qəzaya uğraması nəticəsində 63 nəfər itkin düşüb. Seanews.az xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi hadisə zamanı qəzaya uğrayan qayığın göyərtəsində 104 mühacirin olduğunu bildirib. Bununla yanaşı, sahil-mühafizə xidməti 3 qayıqdan 276 nəfəri, o cümlədən batan qayıqdan 41 nəfəri xilas etməyə müvəffəq olub. Onların arasında bir neçə ölkənin vətəndaşlarının olduğu bildirilir. Qeyd edək ki, Afrika və Yaxın Şərq ölkələrində baş verən bir sıra silahlı münaqişə və iqtisadi problemlər səbəbindən Avropa II Dünya müharibəsindən bəri ən böyük miqrasiya böhranı ilə üzləşib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2018-ci ilin əvvəlindən iyunun 20-dək dəniz yolu ilə Avropaya 41 min mühacir gəlib. Bu yolla ölkəsini tərk etməyə cəhd göstərən 960 nəfər isə Aralıq dənizində həyatını itirib. 2017-ci ilin analoji dövrü ərzində Avropaya 85 minə qədər mühacir gəlmiş, 2133 nəfər dənizdə batmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır