Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Çin gəmiləri su şırnaqları ilə Filippin gəmilərinə ziyan vurub

Çinin Sahil Mühafizə gəmiləri Cənubi Çin dənizində Filippin gəmilərini mühasirəyə alıb və onları su şırnaqlarının təsirinə məruz qoyub.

“Seanews.az” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Nəticədə Filippin Sahil Mühafizəsinin “BRP Bagacay” gəmisinə, eləcə də onun arxasında balıqçılar üçün yük daşıyan gəmiyə cüzi ziyan dəyib. Bundan əlavə, Çin qüvvələrinin qoyduğu səd Filippinin hərbi və gəmilərinin qarşısını kəsib.

Hadisə Filippin sahillərindən 137 dəniz mili qərbdə, Skarboroda baş verib.

Xatırladaq ki, Cənubi Çin dənizinin sularına sahibliklə bağlı mübahisələrə görə burada müntəzəm olaraq toqquşmalar baş verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır