Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Cəbəllütariq Ali Məhkəməsi İran tankerinin həbs müddətini uzadıb

Cəbəllütariq muxtar ərazisinin Ali Məhkəməsi İranın xam neftini Suriyaya daşıyan “Grace-1” tankerinin həbs müddətini daha 30 gün uzadıb.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Tehranın azad olunmasını təkidlə tələb etdiyi bu tanker avqustun 15-dək Cəbəllütariq hökumətinin nəzarəti altında qalacaq. Bu məlumatı Gibraltar Chronicle qəzetinin saytı muxtar ərazinin baş prokuroru Maykl Lamasa istinadla yayıb.

Məlumatda bildirilir ki, sözügedən qərar iyulun 19-da KİV nümayəndələri üçün qapalı keçən məhkəmə iclasında verilib. Məhkəmənin qərarı Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabiano Pikardonun İran rəsmiləri ilə görüşündən sonra elan olunub. Görüş Böyük Britaniya Xarici İşlər Nazirliyində baş tutub və tərəflər London-Tehran münasibətlərində gərginliyin azaldılması məsələlərini müzakirə ediblər. Həmin gün Pikardo Britaniyanın Baş Naziri Tereza Meylə də İran tankeri ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır