Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

class="content-title">Nigeriyada iki qayığın toqquşması nəticəsində ən azı 3 nəfər ölüb

Nigeriyada iki qayığın toqquşması nəticəsində ən azı 3 nəfər ölüb,  iki nəfər itkin düşüb. 

İnsident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib.

Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki qayıq Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır