• Bakı, 2019-09-18,
Seanews
Heyder Eliyev

Atlantik sahillərində yük gəmisi çevrilib

ABŞ-ın Corciya ştatının Atlantik sahillərində yük gəmisi aşıb.

"Seanews.az" xəbər verir ki, hadisə zamanı gəmidə 24 nəfər heyət üzvü olub. Onlardan 20-si təxliyə edilib, dördünün taleyi isə naməlum olaraq qalır.

Avtomobilləri daşıyan "Golden Ray" yük gəmisi Marşal adaları bayrağı altında Baltimor şəhəri (Merilend ştatı) istiqamətində gedirmiş.

Qeyd edilir ki, aşan gəmidə yanğın başlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır