• Bakı, 2019-09-18,
Seanews
Heyder Eliyev

"Golden Ray" gəmisində baş verən qəzada itkin düşənlərin axtarışı davam edir

Amerika Birləşmiş Ştatlarında  4000 avtomobil daşıyan "Golden Ray" adlı gəminin aşması nəticəsində itkin düşən dörd nəfərin axtarışları davam edir. 

"Seanews.az" xəbər verir ki, axtarış işlərinə havadan da dəstək göstərilir. 

Qeyd edək ki, hadisə ABŞ-ın Corciya ştatının Atlantik sahillərində baş vermişdi. Qəza zamanı gəmidə 24 nəfər olub. Onlardan 20-si xilas edilib. 

Avtomobilləri daşıyan "Golden Ray" yük gəmisi Marşal adaları bayrağı altında Baltimor şəhəri (Merilend ştatı) istiqamətində gedirmiş.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır