• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

KXDR-in hərbi kateri Yaponiyanın iqtisadi zonasına daxil olub

Yaponiyanın müstəsna iqtisadi zonasında KXDR-in hərbi bayrağı altında üzən qayıq aşkar edilib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi cümə günü məlumat yayıb.

Yaponiyada sərhəd keşikçisi funksiyasını yerinə yetirən dəniz təhlükəsizlik xidmətindən alınan məlumata görə, avqustun 23-də Yaponiyanın müstəsna iqtisadi zonasına aid olan Yapon dənizindəki Yamamotai dayaz zonasında Şimali Koreya bayrağı altında üzən yük gəmisi və sürətli qayıq aşkar edilib.

Tezliklə hər iki gəmi MİZ-I tərk edib, lakin ertəsi gün yenidən dəniz təhlükəsizlik xidmətinin patrul gəmisi tərəfindən açkar edilib. Bu dəfə gəminin üzərində Şimali Koreyanın Hərbi Dəniz Qüvvələrinin bayrağı dalğalanıb və göyərtəsində kamuflyaj formalı üç nəfər müşahidə edilib. Gəmi 30 metr məsafədə Yapon patrul gəmisinə yaxınlaşıb. Gəmidəki koreyalılardan biri silahlı olub və əlindəki avtomatı Yapon gəmisinə tuşlayıb, digəri isə baş verənləri videoya çəkib. Atəş açılmayıb.

Yapon dəniz təhlükəsizlik xidməti bu hadisənin Şimali Koreyanın gəmiləri tərəfindən Yaponiyanın iqtisadi zonasında qanunsuz balıq, xüsusilə də, kalmar ovu ilə əlaqəli olduğunu düşünür.

Hadisə barədə cümə günü məlumat verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır