• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

Yaponiyaya və Şimali Koreyaya məxsus gəmilər Noto yarımadasının şimalında toqquşub

Oktyabrın 7-də Yaponiyanın Noto yarımadasının şimalında Şimali Koreyaya məxsus gəmi ilə Yaponiya məxsus gəmi toqquşub.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, toqquşmadan sonra Şimali Koreyaya məxsus gəmi batıb. Gəminin göyərtəsindəki 20 nəfər dənizə düşüb.

Yaponiya Sahil Mühafizə Xidməti əraziyə patrul gəmisi göndərib. Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır