Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

news.az xəbərdarlıq edir: dələduzlar dənizçiləri saxta iş yerləri ilə aldatmaq istəyir

Gəmi heyətlərinin elektron ünvanına saxta iş yerləri haqqında məktublar göndərilir.  Özlərini «Princess Cruise Line Australia» şirkətinin təmsilçiləri kimi təqdim edən dələduzlar bu yolla dənizçiləri aldatmağa çalışırlar. Belə ki, məktubda kruiz laynerlərində   yüksək maaşlı 846 vakansiya təklif olunur. Məktublarda göstərilən əmək haqqları da həddən artıq çoxdur. Əslində bu neçə ildə göndərilən məktublarda iş yerlərinin sayının dəyişməməsi saxtakarlıqdan xəbər verir. Həmin məktublarda dənizçilərə pul müqabilində işverən kruiz laynerlərinin ünvanları vəd edilir. Məqsəd dənizçiləri aldadaraq onların pulunu mənimsəməkdir. Dələduzlar göstərdikləri “xidmətlər” müqabilində “Western Union”, “Moneygram” şirkətləri vasitəsi ilə onların hesabına pul köçürtməyi təklif edirlər. Gəmi heyətlərinə «Princess Cruise Line Australia» şirkəti adından gələn məktubları açmaq, habelə onların şərtləri ilə razılaşmaq məsləhət görülmür. Əks halda aldana bilərsiniz!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır