• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ASCO-nun və struktura daxil olan qurumların aparat işçiləri arasında futbol yarışı keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) və ASCO-nun tərkibinə daxil olan strukturların aparat işçiləri arasında oktyabrın 2-də mini-futbol turniri keçiriləcək.

Turnirdə iştirak etmək istəyənlər 27 sentyabr 2019-cu il tarixinə kimi Sosial inkişaf və nəqliyyat şöbəsinə müraciət edə bilərlər.

Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır