• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ASCO-nun "facebook" səhifəsində dəniz və dənizçilik mövzusunda Foto Müsabiqə keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) rəsmi facebook səhifəsi “Dəniz və Dənizçilik” mövzusunda foto-müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

Müsabiqəyə son bir ildə peşəkar yaxud həvəskar fotokamera ilə və ya mobil telefonla çəkilən fotolar qəbul olunur;

Fotoların üzərində heç bir ad, işarə, imza, tarix olmamalıdır;

Hər iştirakçı müsabiqəyə bir ədəd  foto göndərə bilər;

Müsabiqəyə göndərilən fotolar daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial şəbəkələrdə  və müsabiqələrdə iştirak etməməlidir;

İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq;

İctimai, mənəvi və etik normaları pozan fotolar müsabiqəyə qəbul edilməyəcək;

Müsabiqəyə təqdim olunan fotolara qrafik proqramlar vasitəsi ilə montaj və əlavələr etmək olmaz;

Müəlliflər fotolarını ad, soyad, ata adı, əlaqə məlumatları və mövzu yerinə “foto-müsabiqə” qeyd etməklə musabiqe@asco.az ünvanına göndərməlidirlər;

Fotoların qəbulu üçün son tarix: 06.10.2019-cu ildir.

Fotolar 07.10.2019-cu ildən 17.10.2019-cu il tarixinədək ASCO-nun rəsmi facebook səhifəsində (https://www.facebook.com/Azerbaijan.Caspian.Shipping.Company/?epa=SEARCH_BOX) açıq səsverməyə çıxarılacaq.  Ən çox bəyənilən fotonun müəllifi qalib olacaq.

Müsabiqə boyunca saxta səs toplayan iştirakçıların səsləri nəzərə alınmayacaq.

Qalibin adı oktyabrın 21-də açıqlanacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır