• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

Gələn il "Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası" elmi-praktik forumu keçiriləcək

2020-ci ildə “Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası” elmi-praktik forumu keçiriləcək.

APA xəbər verir ki, bunu Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev deyib. Akademik Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə Moskva şəhərində keçirilmiş işgüzar görüşün nəticələri barədə məlumat verib. Bildirib ki, elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub:

"Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması, Qafqazın geodinamikasına dair məlumat bazalarının formalaşdırılması, nüvə təbabəti və kosmik tədqiqatlar sahəsində müştərək tədqiqatlar həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı".

Akademiyanın prezidenti Akif Əlizadə də məsələyə münasibət bildirib:

"Xəzərin statusu haqqında qərar var. Xəzərsahili ölkə olaraq başqa ölkələrlə də şərikli işlər qurmalıyıq. Xəzər problemi ilə bağlı müəyyən pillədə təhsil alanlara istiqamətlənmiş mövzular vermək, inkişaf etmək üçün kadr hazırlamaq lazımdır.

Zooloqlar heç nəyə baxmayaraq bizim dronlardan istifadə edərək adalarda nəsə işləyirlər. Digər institutlar isə deyil. Xəzər problemi gözləmir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır