Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

 “OCI Global” şirkəti “A.P. Moller-Maersk” gəmiçilik şirkətinin iki yanacaqlı konteyner gəmisini yaşıl metanolla təchiz edəcək

Beynəlxalq metanol yanacağı istehsalçısı və təchizatçısı olan “OCI Global” şirkəti “A.P. Moller-Maersk” gəmiçilik şirkəti ilə Beynəlxalq Davamlıq və İstixana Qazlarının Sertifikatlaşdırılması (ISCC) standartlarına uyğun olaraq iki yanacaqlı konteyner gəmisini yaşıl metanol ilə təchiz edəcək.

“Seanews.az”-ın məlumatına görə, bu, bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal olunan yanacaqla gəminin ilk bunkerlənməsi olacaq.

2023-cü ilin yayında “Maersk” konteyner gəmisi Süveyş kanalı vasitəsilə Şimali Avropaya ilk səfəri üçün Cənubi Koreyadan yola düşəcək. Səfər zamanı gəmi bir neçə böyük limanda metanolla yanacaq dolduracaq. Amma “OCI Global” şirkəti hələ Rotterdam limanı da daxil olmaqla bir neçə əlaqə limanında metanol bunkeri üçün bütün lazımi icazələri almayıb.

“OCI”-də yaxın beş ildə metanola dünya üzrə tələbat ildə 4 milyon tona çatacağı bildirilir.

Qeyd edək ki, gəmi yanacağı şirkətin “OCI HyFuels” bölməsi tərəfindən istehsal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır