Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

Çinin Fucien vilayətində dənizdə dünyanın ən böyük külək enerjisi turbini quraşdırılıb.

APA xəbər verir ki, 16 meqavat gücü olan turbinin quraşdırılmasına iyunun 25-də start verilib. Təxminın 10 min komponentdən ibarət olan və çəkisi 20 tona çatan turbin külək enerjisini elektrikə çevirən generatorla təchiz edilib. Dirəyinin hündürlüyü 152 metr, pərinin uzunluğu 123 metr, mexanizm otağının və generatorunun birgə çəkisi isə 385 tondur.

Turbin tam gücü ilə dövr edəndə 34,2 kilovat/saat elektrik enerjisi istehsal edə bilər. İllik istehsal gücü 66 milyon kilovat-saat qiymətləndirilən turbin təxminən 36 min ailənin elektrik enerjisi tələbatını ödəyə biləcək. Bununla da şərti olaraq 22 min ton kömürə qənaət olunacaq, karbon emissiyası 54 min ton azalacaq.

Sahildən 35 kilometr məsafədə quraşdırılmış turbində havanın hərarətini, rütubəti, küləyin sürətini və digər məlumatları aşkarlayan yüzlərlə sensor quraşdırılıb. “Ağıllı” turbin hava şəraitinə uyğun olaraq özü öz fəaliyyətini tənzimləyə biləcək. Belə ki, Sakit okeanın şimalı üçün səciyyəvi olan tayfun siklonu zamanı turbin təhlükəsiz və sabit fəaliyyəti üçün xüsusi rejimə keçəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır