Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Yeni konteynerdaşıyan “WinGD” istehsalı olan mühərriklərlə təchiz edilib

Çinin “Guangzhou Shipbuilding International” tərsanəsində 16 000 TEU-luq konteyner gəmisinin adlandırılması və “MSC”-yə təhvil verilməsi mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, "MSC Noa Ariela" adlandırılan konteyner gəmisi 2021-ci ilin mart ayında “Guangzhou Shipyard International”-a sifariş edilən səkkiz gəmi seriyasındandır. Onlardan altısının LNG ilə işləməsi nəzərdə tutulub, ikisi isə iki yanacaqlı mühərriklərlə təchiz edilməlidir.

Uzunluğu 366 metr, eni 61 metr, hündürlüyü 30,2 metr olan “MSC Noa Ariela” 16 600 TEU yük daşıyacaq.

Çin Dəniz Layihə və Tədqiqat İnstitutunun layihələndirdiyi konteynerdaşıyan “WinGD” istehsalı olan əsas mühərriklər və Şanxay Dəniz Dizel Mühərrikləri Tədqiqat İnstitutunun hazırladığı hibrid işlənmiş qazın kükürddən təmizlənməsi sistemi ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır