Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Norveç şirkəti sıfır emissiyalı kruiz gəmisi inşa edəcək

Norveçin “Hurtigruten” kruiz şirkəti 2030-cu ilə qədər sıfır emissiyalı elektrik kruiz gəmisi yaratmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, “Sea Zero” adlanan layihə ilk dəfə 2022-ci ilin martında elan edilmişdi və o vaxtdan bəri “Hurtigruten” 12 tərəfdaşı və Norveç elmi-tədqiqat institutu SINTEF ilə emissiyasız dəniz səyahətinə imkan verəcək texnologiya həllərini araşdırır.

Layner ilk növbədə limanda təmiz enerji ilə doldurula bilən 60 meqavatlıq batareyalarla təchiz ediləcək.

Batareyalardan asılılığı azaltmaq üçün hündürlüyü 50 metrə çatan üç yelkən küləkli şəraitdə göyərtədən yuxarı qaldırılacaq. Gəmi üzərkən yelkənlər akkumulyatorları doldurmaq üçün enerji istehsal edəcək 1500 kvadratmetrlik günəş panelləri ilə örtüləcək.

Rasional formasına görə gəmi daha az hava müqavimətinə məruz qalacaq ki, bu da enerji istehlakını azaldacaq.

Qeyd edək ki, 99 heyət üzvü və 500 sərnişin üçün gəmidə 270 kayut nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır