Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Belçikalı mühəndislər avtonom və sıfır emissiyalı konteyner gəmilərinin layihəsi üzərində işləyirlər

Belçikanın sıfır emissiyalı gəmilərin yaradılması üzrə ixtisaslaşan “ZULU Associates” mühəndislik və layihə bürosu törəmə gəmiçilik şirkəti “Anglo Belgian Shipping” ilə birlikdə 200 TEU-luq kabotaj konteyner gəmisi üçün ilkin layihəsini təqdim edib.

 “Niderlandın “Conoship International” şirkətinin layihəçiləri ilə əməkdaşlıqlıqda məqsədimiz müasir və innovativ gəmi qurmaqdır. Nəticədə, avtonom işləmək və tam elektrik mühərrikinə sahib olmaq qabiliyyətinə həm də sərt yelkənlər əlavə edirik”, - deyə “ZULU Associates”-in baş direktoru Antoon Van Coyly bildirib.

Ehtimal olunur ki, gəmi akkumulyatorlar və ya hidrogen yanacaq elementləri ilə təchiz olunmuş modul konteyner elektrik stansiyaları ilə təchiz ediləcək. Hazırda enerji həlləri təminatçıları ilə məsləhətləşmələr aparılır.

Belçika 2021-ci ilin iyul ayından Şimal dənizində avtonom, heyətsiz gəmilərdən istifadə edən pilot layihələr üçün normativ bazaya malikdir. Bundan əlavə, Belçika, Böyük Britaniya, Danimarka və Niderland arasında heyətsiz gəmi layihəsinin sertifikatlaşdırılması prosedurlarının uyğunlaşdırılmasına dair niyyət sazişi imzalanıb. Bu, iki və ya daha çox icazə almaq ehtiyacını aradan qaldırmağa kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır