Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Gənclər Günündə gəmi-muzeydə “İnnovativ gənclik, innovativ gəmiçilik” adlı tədbir keçiriləcək

2 Fevral – Gənclər Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “AzeRobot Education" şirkətinin dəstəyi ilə “İnnovativ gənclik, innovativ gəmiçilik” adlı tədbir keçiriləcək.

Tədbir çərçivəsində gənclərin müxtəlif sahələrdə, o cümlədən gəmiçiliklə bağlı innovativ layihələri sərgilənəcək. Həmçinin innovasiya, innovativ düşüncənin formalaşdırılması üçün zəruri mühit amilləri, şirkətlərin rəqabət imkanlarına innovativ düşüncənin təsiri, bu sahədə dünya təcrübəsində tətbiq edilən metodlar barədə master-klass təşkil olunacaq.

Bundan başqa, tədbir iştirakçıları üçün “Süni intellekt texnologiyalarının inkişafında əsas trendlər” mövzusunda seminarın təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, həmin gün muzeydə “Açıq qapı günü” elan olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır