Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Jan De Nul” qrupunun gəmiləri “Starlink” peyk sistemi ilə təchiz olunacaq

Belçikanın dəniz mühəndisliyi podratçısı “Jan De Nul” qrupunun gəmilərinin əksəriyyəti “Starlink” qlobal peyk sistemi ilə təchiz olunacaq.

“Seanews.az” xəbər verir ki, müvafiq rabitə xidmətlərinin göstərilməsi üzrə “Castor Marine” ilə əvvəlki üç illik müqavilənin müddəti uzadılacaq.

Rabitəni təmin etmək üçün “Castor Marine” şirkəti hibrid rabitə sistemlərini aşağı Yer orbitində (LEO) və geostasionar orbitdə (GEO) yerləşdirəcək. “Jan De Nul”un donanmasında olan 80-dən çox gəmi sistemlərlə təchiz olunacaq.

Şirkətlər tərəfindən 2021-ci ildə bağlanmış müqavilə “VSAT”, “Iridium” və “VoIP” rabitə xidmətlərinin təminatını əhatə edirdi.

“Jan De Nul” şirkətlər qrupu (qərargahı Lüksemburqda, Belçikada yerləşir) 1938-ci ildə yaradılmışdır. Ailəyə məxsus şirkət bütün dünyada dəniz infrastrukturunun tikintisi və saxlanması üzrə ixtisaslaşmışdır. Qrupun Dövriyyəsinin böyük hissəsi (85%) dibdərinləşdirmə işləri ilə bağlı olan şirkət həmçinin neft-qaz şelfləri və süni ərazilərin meliorasiyası layihələri çərçivəsində müqavilələri yerinə yetirir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır