Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ICQ” istifadəçiləri qrup şəklində videozənglərdən yararlana bilə

“ICQ” messencerində “Mac” və “Windows” əməliyyat sistemləri üçün audio və videozənglər funksiyası istifadəyə verilib. “ICQ” istifadəçiləri bundan sonra üç və ya dörd həmsöhbətin iştirakı ilə kollektiv zənglər yaratmaq imkanı əldə edəcək. Bundan əlavə, kompüter versiyaları üçün danışığa “ICQ” mobil əlavə istifadəçilərini dəvət etmək mümkündür. Qeyd edək ki, indi istifadəçilər videonu danışıq zamanı (çatda) yükləmək və baxmaq imkanından yararlana bilər. Həmçinin sitat gətirmə funksiyası təkmilləşdirilib. Müəyyən sitata istinad etmək üçün söhbət iştirakçısı bunu düyməyə yalnız bir dəfə basmaqla edə biləcək. Buraxılmış bildirişləri əvvəlcədən oxumaq imkanı da diqqəti xüsusi cəlb edir. Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş proqramın son kodu “GitHub” saytında yerləşdirilib. “Mac” və “Windows” sistemləri üçün masaüstü kompüter proqramlarının yeni versiyalarından rəsmi saytda istifadə etmək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır