Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Petya” virusunun mənbəyi məlum

ESET şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, “Petya” virusunun yayılma mənbəyi Ukraynada geniş istifadə olunan yoluxmuş “M.E.Doc” mühasibatlıq proqramları olub.  “Lent.az”-ın xəbərinə görə, virusa yoluxma istifadəçilər yenilənmiş proqramları yüklədikdən sonra baş verib. Bundan sonra haker hücumu Avropa, Asiya və Amerika ölkələrinə qədər yayılıb.   Korporativ şəbəkənin “Petya” virusu ilə yoluxması üçün cəmi bircə ədəd nasaz kompüter kifayətdir. Bundan sonra proqram digər cihazlara da yayılmağa başlayır. Əlavə edək ki, “Petya” virusunun ən böyük hücum sayı Ukraynanın payına düşüb. Rusiyada isə təcavüzdən ən çox  əziyyət çəkən ölkənin iri neft şirkəti Rosneft olub. Hücuma səbəb olan proqramın Avropanın bəzi ölkələrində və ABŞ-da da yayıldığı, bəzi mühüm şirkətlərin kompüterlərini ələ keçirdiyi bildirilib. Fransanın qatar nəqliyyatı şirkəti olan SNCF, Hollandiyanın yük şirkəti TNT, Danimarkanın nəqliyyat şirkəti Moller-Maersk, İspaniyanın qida şirkəti Mondelez, Böyük Britaniyanın reklam agentliyi WPP, ABŞ-ın dərman şirkəti Merck və hüquq firması DLYA Pirer qlobal hücuma məruz qalan böyük firmalar arasındadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır