Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ebook Afrika boyunca sualtı kabel çəkilişini davam etdirməyi planlaşdı

Facebook şirkəti internetə yüksək kanallı çıxışın səbəb olduğu artıq xərcləri azaltmaq üçün Afrika boyunca sualtı kabelin çəkilişini davam etdirmək niyyətindədir. “Kral Lir” cizgi filmi qəhrəmanının şərəfinə “Simba” adlanacaq yeni layihə çərçivəsində kontinentin şərq, qərb və Aralıq dənizi sahillərindəki bir neçə ölkədən keçməklə adı çəkilən regionların yüksək sürətli internetlə təminatına şərait yaradacaq. “Facebook” təmsilçisi xəbəri şərh etmək istəməsə də, təmsil etdiyi qurumun sualtı kabellər məsələsində bütün regionu diqqətində saxladığını bildirib. Qeyd edək ki, daha əvvəl şirkət Şimali Amerika, Avropa və Şərqi Asiyanı əhatə edəcək layihələr icra edib. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır